• Bakı 28° C

    14.54 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Odessada həmyerlilərimiz olan gəmiyə hücum edildi

SİYASƏT

15 Iyul 2026 | 11:14

Odessada həmyerlilərimiz olan gəmiyə hücum edildi

Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində baş verib.

Məlumata görə, gəmidə olan ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanlı kapitan istisna olmaqla, digər ekipaj üzvləri təhlükəsiz şəkildə Odessa şəhərində sahilə çıxarılıb.

Onların sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hazırda gəmi kapitanının axtarışı istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Azərbaycanın Ukraynadakı Səfirliyi hadisə ilə bağlı aidiyyəti qurumlarla daimi əlaqə saxlayır. Diplomatik nümayəndəlik Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Hadisənin başvermə şəraiti və dron hücumunun nəticələri ilə bağlı araşdırmalar davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026