Ukraynanın Odessa sahilləri yaxınlığında iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bəy" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə Bakıvaxtı.az-a Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunub.
Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.
Bakı 



