• Bakı 28° C

    14.54 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub

SİYASƏT

15 Iyul 2026 | 10:58

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Qətər Dövlətinin Azərbaycandakı səfirliyini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.

Əli Əsədov daha sonra Qətərin Azərbaycandakı səfiri ilə görüşərək dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və dost Qətər xalqına səbir diləyib.

Qeyd edək ki, Azərbaycan ilə Qətər arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri çərçivəsində bu cür ehtiram ziyarətləri iki ölkə arasında qarşılıqlı hörmət və həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026