Banqkokun şimalında yerləşən barda baş verən yanğın nəticəsində həyatını itirənlərin sayı 32 nəfərə yüksəlib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məhkəmə-tibbi ekspertlərə istinadən məlumat yayıb.
Məlumata görə, 27 nəfər hadisə yerində, daha 5 nəfər isə xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Ölənlərin hamısının şəxsiyyəti artıq müəyyənləşdirilib.
Yerli polis hadisənin başvermə səbəblərini araşdırır. Hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarının qeydlərini təhlil edir və sağ qalan şahidləri dindirirlər.
Daha əvvəl yanğında 30 nəfərin öldüyü, 75 nəfərin isə yaralandığı bildirilmişdi. Qurbanlar arasında xarici ölkə (Rusiya) vətəndaşlarının olmadığı qeyd edilir.
Zeynəb Rzayeva
Bakı 



