• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Saxta kosmetik vasitəni orijinalından necə ayıraq? 

CƏMİYYƏT

15 Iyul 2026 | 15:32

Saxta kosmetik vasitəni orijinalından necə ayıraq? 

"Saxta məhsulları müəyyən etmək üçün qablaşdırma, etiket məlumatları və barkod diqqətlə yoxlanılmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, məhsulun saxta olub-olmadığını müəyyənləşdirmək üçün ilk növbədə onun xarici görünüşünə diqqət yetirilməlidir.

O.İsmayılov bildirib ki, məhsulun üzərindəki yazılarda orfoqrafik səhvlərin olub-olmaması, etiket məlumatlarının düzgün verilməsi və qablaşdırmanın keyfiyyəti yoxlanılmalıdır:

"Orijinal məhsullarda istifadə olunan şüşə və ya plastik qablaşdırma keyfiyyətli olur, qapaq isə möhkəm şəkildə bağlanır. Saxta məhsullarda isə bu detallara çox vaxt diqqət yetirilmir”.

Mütəxəssis qeyd edib ki, məhsulun istehsal olunduğu ölkə, brendin adı və barkodu da mütləq yoxlanmalıdır.

“Barkod vasitəsilə məhsulun məlumatlarını onlayn şəkildə yoxlamaq mümkündür. Bu, məhsulun orijinal və ya saxta olmasını müəyyənləşdirməyə kömək edən əsas üsullardan biridir”, - deyə o vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026