• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Gigiyenik sertifikat üçün sahibkarlardan BU SƏNƏDLƏR tələb olunur
 

CƏMİYYƏT

15 Iyul 2026 | 15:23

Gigiyenik sertifikat üçün sahibkarlardan BU SƏNƏDLƏR tələb olunur 

"Gigiyenik sertifikat almaq istəyən sahibkarlar Respublika Sanitariya-Karantin Mərkəzinə ərizə, məhsul nümunələri və müvafiq sənədlərlə müraciət etməlidirlər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, müraciət zamanı məhsulun mənşə sertifikatı, invoysu (invoice), alıcı və satıcı arasında bağlanmış müqavilə, eləcə də müraciəti rəsmi nümayəndə edirsə, etibarnamə təqdim olunmalıdır.

“Müraciət qəbul edildikdən sonra sahibkarlar Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinə yönləndirilirlər. Burada məhsulların və təqdim olunan sənədlərin düzgünlüyü yoxlanılır. Əgər sənədlər və məhsul nümunələri tələblərə uyğundursa, onlar laborator müayinəyə göndərilir, bir həftə ərzində isə gigiyena sertifikatı verilir”, - deyə mütəxəssis bildirib. 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026