• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Peskov: Baltikyanı ölkələr regiona NATO qüvvələrini cəlb etmək istəyir

DÜNYA

15 Iyul 2026 | 14:20 | Müəllif: Zeynəb Rzayeva

Peskov: Baltikyanı ölkələr regiona NATO qüvvələrini cəlb etmək istəyir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Litva prezidenti Gitanas Nausedanın Rusiyanın Baltikyanı obyektlərə hücum planlaşdırdığı barədə iddialarını şərh edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Litva və digər Baltikyanı ölkələr uydurduqları "Rusiya təhlükəsi" bəhanəsi ilə regiona mümkün qədər çox NATO qüvvəsi və infrastrukturu cəlb etməyə çalışırlar:

"Bu, əhalinin beynini yumağa davam etmək və onları növbəti hərbiləşdirməyə hazırlamaq üçün ortaya atılan növbəti qorxu hekayəsidir. Bunun üçün başqa bir ölkənin – bu halda bizim – düşmən obrazını yaratmaq və bu bəhanə ilə Baltikyanı ölkələrə NATO-nun hərbi infrastrukturunu cəlb etməyi davam etdirmək lazımdır".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR