• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

HADİSƏ

15 Iyul 2026 | 19:26 | Müəllif: Əli Hüseynov

Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Samuxda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - məlumatda deyilir.

*** 18:05

Samuxda qidadan zəhərlənən şəxslərin adları məlum olub.

Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, zəhərlənənlər 28 yaşlı Aysel Əliyeva, 8 yaşlı Dəniz Əliyeva, 7 yaşlı Rza Əliyev, 32 yaşlı Cəmil Əliyev, 9 yaşlı Zümrüd Əliyeva, 15 yaşlı Arif Məmmədov, 6 yaşlı Afət Verdiyeva, 31 yaşlı Bəsti Verdiyeva, 8 yaşlı Gülay Verdiyeva və 3 yaşlı Ümid Verdiyevdir.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Həmin evin sakinləri və halvadan dadan qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

 

***17:43

İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

    "Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", məlumatda deyilir.

    ***

    17:15

    Samuxda zəhərlənmə hadisəsi baş verib.

    Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

    15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Noyabr 2026