q
  • Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Bakının bu ərazisindəki keçiddə lift iki aydır işləmir - VİDEO

CƏMİYYƏT

17 Aprel 2026 | 09:25

Bakının bu ərazisindəki keçiddə lift iki aydır işləmir - VİDEO

Bakının Xətai rayonunda, Ukrayna dairəsindəki yerüstü piyada keçidində lift işləmir.

Bakıvaxtı.az-ın “Real TV”yə istinadən xəbərinə görə, sakinlər bildirir ki, keçiddəki lift əvvəllər həftədə iki gün işləyirdi, qalan günlər isə fəaliyyət göstərmirdi.

Qeyd edilib ki, lift artıq iki aydır ki, ümumiyyətlə, işlək vəziyyətdə deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda paytaxt ərazisində lift və eskalatorların təmiri aparılır.

Vurğulanıb ki, sözügedən keçiddəki liftin təmiri üçün xarici ölkədən ehtiyat hissə sifariş edilib. Sifariş gecikdiyi üçün təmir də ləngiyir.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

16 Aprel 2026