• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Messi “Kornelya”nı aldı

İDMAN

16 Aprel 2026 | 21:15 | Müəllif: Subhan Mahmudov

Messi “Kornelya”nı aldı

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyanın üçüncü divizionunda çıxış edən “Kornelya” futbol klubunu satın alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl portuqaliyalı hücumçu Kriştianu Ronaldunun İspaniya çempionatının ikinci divizionunda çıxış edən “Almeriya” futbol klubunun səhmlərinin 25 faizinin sahibi olduğu barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Messinin 38 yaşı var və o, səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. Argentinalı futbolçu Avropada Fransanın “Pari Sen-Jermen” və İspaniyanın “Barselona” klublarında çıxış edib. O, “Barselona”nın heyətində dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub, üç dəfə UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb. Hücumçu 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə dünya çempionatının gümüş mükafatını qazanıb, 2008-ci ildə Olimpiya çempionu olub və iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi adını əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026