q
  • Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqlədi

DÜNYA

17 Aprel 2026 | 08:22

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqlədi

Livan ordusu atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “X” platformasında yaydığı açıqlamada bildirib.

Açıqlamada ölkənin cənub bölgəsində yaşayan sakinləri evlərinə qayıtmağa tələsməməyə çağırılır:

“İsrailin hücumlarının davam etməsi və atəşkəs sazişinin bir sıra pozuntuları səbəbindən vətəndaşları cənub kənd və şəhərlərinə qayıtmağa tələsməməyə çağırırıq”.

Qeyd olunur ki, ölkənin hərbi rəhbərliyi vəziyyəti diqqətlə izləyir və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, vətəndaşlara təhlükəli ərazilərdən, xüsusilə gecə saatlarında uzaq durmaq tövsiyə olunur.

Bundan əvvəl Livanın Milli Xəbər Agentliyi İsrailin ölkənin cənubundakı Xiyam və Dbeybin şəhərlərinə pulemyotlardan atəş açdığını bildirmişdi.


SON XƏBƏRLƏR

16 Aprel 2026