Rusiyanın Ukraynaya qarşı kütləvi hava hücumları nəticəsində çərşənbə axşamından cümə axşamına keçən gecə ölkə daxilində ən azı 19 nəfər həlak olub, 111 nəfər yaralanıb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Rusiya Ukraynaya 703 mərmi (659 dron, 19 İsgəndər-M və S-400 ballistik raketləri, 20 X-101 qanadlı raketləri və 5 İsgəndər-K qanadlı raketləri) atıb. Ukrayna 636 dron və 31 raketi ələ keçirib.
Ukrayna hərbi kəşfiyyatının (HUR) rəis müavini Vadim Skibitski “Financial Times” qəzetinə verdiyi açıqlamada rusların Ukrayna şəhərlərinə qarşı ballistik raket hücumlarını gücləndirdiyini bəyan edib. Onun sözlərinə görə, Moskva ayda təxminən 60 İskəndər raketi istehsal edir və buraxılış imkanlarını artırıb. Ukraynada isə “Patriot” sistemi kimi qabaqcıl hava hücumundan müdafiə sistemləri yoxdur. V.Skibitski hesab edir ki, bu hücumların intensivləşdirilməsi vacib infrastrukturu məhv etmək, yaz və yay aylarında yeni hücum üçün zəmin hazırlamaq strategiyasının bir hissəsidir.
Aydın Baxış
Bakı 




