“ABŞ İranın limanları və sahil xəttininin blokadası çərçivəsində açıq dənizlərdə tankerlər də daxil olmaqla, İran gəmilərini saxlamaq niyyətindədir”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Den Keyn mətbuat konfransında bildirib.
“Bu blokada milliyyətindən asılı olmayaraq, İran limanlarına gedən və ya İran limanlarından gələn bütün gəmilərə şamil edilir. ABŞ Hörmüz boğazını yox, İran limanları və sahil xəttinin blokadaya alıb. Bu, İranın ərazi və beynəlxalq sularda həyata keçiriləcək”, - Keyn deyib.
Baş Qərargah rəisi əlavə edib ki, bu blokadaya əlavə olaraq, birləşmiş qüvvələr İran bayrağı altında üzən və ya Tehrana maddi dəstək verməyə çalışan istənilən gəmini fəal şəkildə təqib edəcək: “Bura İran neftini daşıyan “kölgə donanması”nın gəmiləri də daxildir”.
Bakı 




