q
  • Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Nərimanovda ağacların kəsilməsi ilə bağlı araşdırma başladı - VİDEO

CƏMİYYƏT

17 Aprel 2026 | 09:11

Nərimanovda ağacların kəsilməsi ilə bağlı araşdırma başladı - VİDEO

Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib.

Bakıvaxtı.az AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı prosessual araşdırma aparılır.  Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

 


SON XƏBƏRLƏR

16 Aprel 2026