Fars körfəzində yerləşən Buşehr Atom Elektrik Stansiyasına raket zərbəsi endirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr Bölməsi məlumat yayıb.
Xəbərə görə, lakin heç bir itki və ya ziyan olmayıb.
Açıqlamada stansiyanın heç bir hissəsinin zədələnmədiyi və bu cür hərəkətlərin nüvə obyektlərinin hərbi hücumlardan toxunulmazlığı ilə bağlı bütün beynəlxalq qaydaları pozduğu qeyd edilib.
"Bu cür hərəkətlər Fars körfəzi ölkələri də daxil olmaqla bütün region üçün düzəlməz nəticələrə səbəb ola bilər", - deyə qurumun məlumatında bildirilir.
Murad Məmmədli
Bakı 




