Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində “Ənsar Allah” hərəkatının husilərinə qarşı 181 hərbi əməliyyat keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yəmən ordusunun rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nüzeyli bildirib.
Onun sözlərinə görə, əməliyyatlar pilotsuz uçuş aparatları, artilleriya və reaktiv yaylım atəş sistemlərindən istifadə edilməklə həyata keçirilib.
Bildirilib ki, zərbələr nəticəsində husilərin onlarla döyüşçüsü öldürülüb və yaralanıb, çoxlu sayda hərbi texnika və silah-sursat anbarları məhv edilib.
Əməliyyatlar Taiz şəhəri ətrafı, Hudeyda, Əbyən, Marib və Əd-Dali əyalətləri də daxil olmaqla təmas xəttinin müxtəlif istiqamətlərində keçirilib.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 14 avqustda husilər Qırmızı dəniz sahilində yerləşən Moha limanına kütləvi raket zərbəsi endirib və limanın fəaliyyəti tam dayandırılıb.
Bakı 



