• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

​Keçmiş prezidentdən Fransa ilə bağlı ŞOK XƏBƏRDARLIQ 

DÜNYA

15 Sentyabr 2026 | 13:26 | Müəllif: Günəş Mərd

​Keçmiş prezidentdən Fransa ilə bağlı ŞOK XƏBƏRDARLIQ

Fransanın keçmiş prezidenti Fransua Olland yanacaq qiymətlərinin artması fonunda ölkədə “sarı jiletlilər” hərəkatına bənzər etirazların baş verə biləcəyini istisna etməyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə RTL telekanalına müsahibəsində danışıb.

Olland bildirib ki, fransızlar artıq bir neçə aydır çətin sosial-iqtisadi vəziyyətlə üzləşirlər.

“Bizə benzinin qiymətinin düşəcəyi vəd edilir, amma qiymətlər artmaqda davam edirsə, bu, həmişə risklidir”, – deyə keçmiş prezident vurğulayıb.

Onun sözlərinə görə, yanacağın bahalaşması qlobal vəziyyət, xüsusilə də Yaxın Şərqdəki müharibə ilə əlaqədardır.

Olland hökuməti yanacaq qiymətlərinin artımına qarşı təcili tədbirlər görməyə və benzindən daha çox asılı olan əhali qruplarına ünvanlı yardım göstərməyə çağırıb.

Qeyd edək ki, Fransada 2018-ci ildə yanacaq qiymətlərinin artımına qarşı başlayan “sarı jiletlilər” etirazları sonradan genişmiqyaslı sosial hərəkatına çevrilmişdi.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR