• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü 

CƏMİYYƏT

16 Avqust 2026 | 14:48 | Müəllif: Zeynəb Rzayeva

Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi "Iveco" markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə dəyib.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobilnin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa avtomobildən bir tona yaxın yanacaq yola tökülüb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026