• Bakı 26° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Ukrayna Rusiyanın raket yanacağı istehsalı zavodunu vurub

DÜNYA

16 Avqust 2026 | 16:00

Ukrayna Rusiyanın raket yanacağı istehsalı zavodunu vurub

Ukrayna Müdafiə Qüvvələri avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən "Kamenski Kombinat" müəssisəsinə zərbə endirib.

Bakıvaxtı.az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalına istinadən xəbər verir.

Obyektin ərazisində yanğın qeydə alınıb, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Qeyd edək ki, həmin kombinat Rusiya müdafiə-sənaye kompleksinin müəssisəsi olub, "Uraqan", "Smerç" və "Tornado-S" reaktiv yaylım atəşi sistemlərinin sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026