• Bakı 18° C

    3.01 m/s

"MasterChef" qalibinin ölüm səbəbi bəlli oldu

DÜNYA

16 Avqust 2026 | 11:48 | Müəllif: Zeynəb Rzayeva

"MasterChef" qalibinin ölüm səbəbi bəlli oldu

"MasterChef Türkiyə 2021" qalibi, “Qızıl Saqqal” ləqəbi ilə tanınan məşhur aşpaz Eren Kaşıkçının ölüm səbəbi ilə bağlı ilkin ekspertiza nəticəsi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Sarıyerdəki evində ölü tapılan 37 yaşlı aşpazın ürək tutmasından vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Eren Kaşıkçı iyulun 29-da İstanbulun Sarıyer rayonundakı evində həyatını itirmiş vəziyyətdə aşkarlanmışdı. Ondan uzun müddət xəbər ala bilməyən iş ortağı Mikail B. evə getdikdən sonra məşhur aşpazın cansız bədənini tapmışdı. Hadisədən sonra ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyit Ədli Tibb Qurumuna göndərilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026