• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hörmüz boğazında neft tankeri partlayıb

DÜNYA

15 Sentyabr 2026 | 00:35 | Müəllif: Subhan Mahmudov

Hörmüz boğazında neft tankeri partlayıb

İranın “Algaya” neft tankerinin Hörmüz boğazının cənubunda dəniz minalarına toxunması nəticəsində partlayış baş verib.

Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, “Algaya” neft tankeri Hörmüz boğazının cənubunda qadağan olunmuş ərazidən keçməyə cəhd edərkən dəniz minalarına toxunub və nəticədə partlayış baş verib.

Bildirilib ki, yanğını söndürmək və nəzarət altına almaq cəhdləri nəticəsiz qalıb, neft tankerinin bütün hissələri alovun içində qalıb.

SEPAH Dəniz Qüvvələri Komandanlığı bundan əvvəl qanunsuz marşrutun təhlükəli olması barədə xəbərdarlıq edildiyini vurğulayıb.

SEPAH Hörmüz boğazının hələ də bağlı olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026