• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Abdullah Zubir “Qarabağ” azarkeşləri ilə vidalaşdı

İDMAN

16 Avqust 2026 | 13:56 | Müəllif: Zeynəb Rzayeva

Abdullah Zubir “Qarabağ” azarkeşləri ilə vidalaşdı

“Qarabağ”dan ayrılan Abdullah Zubir Ağdam klubu ilə vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək yazlb:

“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır.

Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.

Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR