• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“Çelsi” 80 milyona müdafiəçi alır

İDMAN

15 Sentyabr 2026 | 11:12 | Müəllif: Əli Hüseynov

“Çelsi” 80 milyona müdafiəçi alır

İngiltərənin "Çelsi" klubu "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətinə qatmaq niyyətindədir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi yanvar transfer pəncərəsində 27 yaşlı italiyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. "Çelsi"nin baş məşqçisi Xabi Alonsonun Bastoninin transferində xüsusilə maraqlı olduğu bildirilir.

Məlumata əsasən, "İnter"in Alessandro Bastoni üçün tələb etdiyi yüksək məbləğ "Barselona"nın da futbolçuya marağının azalmasına səbəb olub. Kataloniya təmsilçisinin daha münasib qiymətə müdafiəçi axtarmağa başladığı qeyd edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026