• Bakı 19° C

    2.65 m/s

Vinisiusun cəzası bəlli oldu

İDMAN

15 Oktyabr 2026 | 00:36 | Müəllif: Subhan Mahmudov

Vinisiusun cəzası bəlli oldu

"Real Madrid"in ulduz futbolçusu Vinisius Juniorun cəzası bəlli oldu.

Bakıvaxtı.az xəbər verir ki, rəqib oyunçunun saçını çəkdiyi və hakimə sərt etiraz etdiyi üçün ümumilikdə 4 oyunluq cəza alıb və qarşıdan gələn El Klasiko matçını buraxacaq.

​İntizam Komitəsinin qərarına əsasən cəzanın təfərrüatları belədir:

​2 oyunluq cəza: Villarreal-lı oyunçu Nathan Saliba ilə mübarizədə onun saçını çəkdiyi üçün (qırmızı vərəqə və şiddətli hərəkətə görə).
​2 oyunluq əlavə cəza: Qırmızı vərəqədən sonra baş hakimə qarşı etdiyi aqressiv və sərt etirazlara görə.
​Bu cəza səbəbindən braziliyalı hücumçu La Liqada "Sevilya", "Barselona" (El Klasiko), "Rasinq Santander" və "Valensiya" ilə oyunlarda meydanda ola bilməyəcək.

Qeyd edək ki, bu cəza yalnız La Liqa matçlarına şamil olunur, Çempionlar Liqası oyunlarında isə o, oynaya bilər. (Offsideplus.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026