• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sergen Yalçının Türkiyə millisində alacağı maaş məlum oldu

İDMAN

22 Oktyabr 2026 | 00:30 | Müəllif: Subhan Mahmudov

Sergen Yalçının Türkiyə millisində alacağı maaş məlum oldu

Vinçentso Montella ilə yolların ayrılmasından sonra Türkiyə milli komandasının baş məşqçisi vəzifəsinə gətirilən Sergen Yalçının alacağı maaşın məbləği məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber7" saytı məlumat yayıb.

Sayt jurnalist İbrahim Setenin məlumatına istinadən yazır ki, Sergen Yalçının illik maaşı 2.5 milyon avro olacaq. Onunla dördillik müqavilə imzalanacağı bildirilir.

Müqavilədə, həmçinin 1 milyon 50 min avro məbləğində təzminat maddəsinin yer aldığı qeyd olunur.

Qeyd edək ki, müqavilənin maliyyə şərtləri ilə bağlı rəsmi açıqlama verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026