• Bakı 18° C

    1.88 m/s

Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

DÜNYA

16 Avqust 2026 | 13:43 | Müəllif: Zeynəb Rzayeva

Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

Ukrayna İranın Rusiyanın Ukraynaya qarşı təcavüzünə hərbi dəstəyi ilə əlaqədar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara rəsmi olaraq qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın adından bəyanat yayılıb.

Sanksiyalar İranın Rusiyaya, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionundakı silahlı qruplaşmalara hərbi dəstəyi ilə əlaqəlidir.

Ukrayna ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya və Norveç də Aİ-nin qərarına qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026