• Bakı 15° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Tehran yeni şərtlər qoyur

DÜNYA

16 Avqust 2026 | 18:26 | Müəllif: Əli Hüseynov

Tehran yeni şərtlər qoyur

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutlarının bərpası ilə bağlı danışıqları davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi boğazın yenidən açılmasının ABŞ-ın iyun ayında imzalanmış anlaşma memorandumunun şərtlərinə əməl etməsindən asılı olacağını bildirib.

Tehran və Maskat arasında aparılan danışıqlar Hörmüz boğazında gəmi hərəkətinin gələcək taleyi və regiondakı enerji daşımalarının təhlükəsizliyi baxımından diqqətlə izlənilir. İran tərəfi boğazla bağlı qərarı ABŞ-ın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə əlaqələndirir.

Tehran növbəti danışıqlar baş tutarsa, yeni şərtlərlə çıxış edəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026