• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən var

DÜNYA

15 Sentyabr 2026 | 18:23 | Müəllif: Subhan Mahmudov

Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən var

İstanbulun Fatih rayonunda yerləşən Sofçuhandakı valyutadəyişmə məntəqəsində silahlı atışma baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, hadisə borc məsələsi ilə bağlı yaranan mübahisədən sonra baş verib. Valyutadəyişmə məntəqəsinin sahibi ilə müştəri arasında başlayan mübahisə daha sonra silahlı insidentə çevrilib.

Atəş açılması nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Polis hadisə ilə bağlı bir şübhəlini saxlayıb. Fakt üzrə araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026