• Bakı 25° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Yunanıstanda meşə yanğınları davam edir

DÜNYA

16 Avqust 2026 | 14:24

Yunanıstanda meşə yanğınları davam edir

Yunanıstanın İskiri adasında ötən gün başlayan meşə yanğını ikinci gündür davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yanğın adanın Atsitsa bölgəsində yerli vaxtla saat 16:00 radələrində başlayıb. Yanğınsöndürənlər gecə boyu qurudan müdaxilə edib, səhər saatlarından etibarən isə havadan söndürmə əməliyyatlarına başlanılıb.

Əraziyə 4 yanğınsöndürən təyyarə və 2 helikopter cəlb edilib. Bundan əlavə, adaya digər bölgələrdən də əlavə yanğınsöndürmə qüvvələri göndərilib.

Bu arada Andros adasında da səhər saatlarında meşə yanğını başlayıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026