• Bakı 25° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Macarıstanda avtobus qəzası: 12 nəfər ölüb, 10 nəfər ağır yaralanıb

DÜNYA

16 Avqust 2026 | 11:27

Macarıstanda avtobus qəzası: 12 nəfər ölüb, 10 nəfər ağır yaralanıb

Macarıstanda Polşaya məxsus sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub, 10 nəfər isə ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün "Facebook" hesabında məlumat paylaşıb.

"Gecə saatlarında Polşa avtobusunun M3 avtomagistralında dərəyə aşıb aşması nəticəsində 12 nəfər həlak olub, ən azı 10 nəfər isə ağır xəsarət alıb", — deyə P.Madyar qeyd edib.

Hadisə Macarıstanın şimal-şərqindəki Niredxaza şəhəri yaxınlığında baş verib. Nəqliyyat vasitəsində 57 sərnişin və 2 sürücü olub. Hadisə yerində yol bağlanıb, 24 tonluq avtobusun qaldırılması üçün əraziyə xüsusi kranlar cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026