• Bakı 26° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Türkiyədə məşhur təriqət lideri tutuldu

DÜNYA

16 Avqust 2026 | 13:05

Türkiyədə məşhur təriqət lideri tutuldu

Türkiyədə "Süleymançılar" dini təriqətinin lideri Əlixan Kuriş həbs edilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Ə. Kuriş daxil, 32 nəfər həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Saxlanılan altı nəfər barəsində isə polis nəzarətinə verilmə qərarı çıxarılıb. 

Qeyd edək ki, avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən "Əlixan Kuriş cinayət təşkilatı"na qarşı istintaq başladılmış, Ə. Kuriş daxil olmaqla, 40-a yaxın şəxs saxlanılmışdı. Onlara qarşı cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq, vergidən yayınma kimi ittihamlar irəli sürülmüşdü. Aparılan axtarışlar nəticəsində Ə. Kuriş və təriqətlə əlaqəli müxtəlif ünvanlarda milyonlarla dollar dəyərində qızıl əşyaları tapılıb. Bundan başqa, fərqli ölkələrdəki bank hesablarına təqribən 1,4 milyard dollar həcmində valyuta köçürüldüyü aşkarlanıb.

"Süleymançılar" nəqşibəndiliyə əsaslanan təriqətdir. Ötən əsrin ortalarında qurulan təriqət qapalı idarəetmə sistemi ilə diqqət çəkir. Təriqət ölkə daxilində və xaricdə, əsasən, təhsil qurumları və Quran kursları qurmaqla tanınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026