• Bakı 26° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

İspaniya qırıcısı Rumıniyada naməlum dronu vurub

DÜNYA

16 Avqust 2026 | 12:45

İspaniya qırıcısı Rumıniyada naməlum dronu vurub

Rumıniyanın şərqində mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Avqustun 15-dən 16-na keçən gecə, saat 04:44-də (Bakı vaxtı ilə 05:44 - red.) Müdafiə Nazirliyinin müşahidə sistemləri Qalats şəhərindən təxminən 24 km şimalda, Moldova tərəfdən hava obyektinin milli hava məkanına daxil olmasını qeydə alıb", - deyə məlumatda bildirilir.

Rumıniyanın 57-ci "Mixail Koqelniçanu" aviabazasında hava patrul xidmətində olan İspaniya Aerokosmik Qüvvələrinin "F-18" qırıcısı saat 05:01-də (Bakı vaxtı ilə 06:01 - red.) dronu vurub.

PUA-nın qəlpələri Belen və Kudalbi yaşayış məntəqələri arasında yaşayış olmayan əraziyə düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026