• Bakı 26° C

    10.47 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Moskvaya gecə saatlarında kütləvi PUA hücumu olub

DÜNYA

16 Avqust 2026 | 09:27

Moskvaya gecə saatlarında kütləvi PUA hücumu olub

Moskva və Moskva vilayəti gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Moskva merinin açıqlamasına görə, axşam saatlarından səhərdək region istiqamətində 600 PUA uçub. Onlardan 201-nin Moskva vilayəti ərazisində məhv edildiyi bildirilib.

Hücumlardan sonra Podolsk yaxınlığındakı Koledino qəsəbəsində “Wildberries” şirkətinin logistika kompleksində güclü yanğın başlayıb. Bildirilir ki, sahəsi 200 min kvadratmetrdən çox olan obyekt şirkətin Rusiyadakı ən böyük anbarıdır.

Moskva vilayətinin Domodedovo rayonunda yerləşən digər iri logistika mərkəzində də yanğın baş verdiyi qeyd olunur.

Hadisələrin miqyası və mümkün itkilər barədə hələlik ətraflı məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026