Misli Premyer Liqasında daha bir qarşılaşma baş tutub.
Bakıvaxtı.az-ın məlumatına görə, "Sumqayıt" evdə "Neftçi"ni qəbul edib.
"SOCAR Polymer Arena"da keçirilən görüş paytaxt klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin heyətində 23 və 55-ci dəqiqələrdə Breno Almeyda fərqlənib. 31-ci dəqiqədə Lyubomir Tupta rəqib qapısına yol tapıb. "Sumqayıt"dan isə 67-ci dəqiqədə Nadir Orucov qol vurub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan"-"İmişli" matçında hesab açılmayıb. Tura avqustun 17-də yekun vurulacaq.
Bakı 



