• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Millimizin Tacikistanla oyununu kim idarə edəcək?

İDMAN

15 Sentyabr 2026 | 17:41 | Müəllif: Əli Hüseynov

Millimizin Tacikistanla oyununu kim idarə edəcək?

Futbol üzrə Azərbaycan milli komandasının Tacikistanla keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. VAR hakimi isə Kamran Bayramov olacaq.

Məlumat üçün bildirək ki, Roman Jitari bu mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk görüşdə (3:0) də ədaləti qoruyub.

Qeyd edək ki, sentyabrın 23-də “Palms Sports Arena”da təşkil olunacaq Azərbaycan – Tacikistan oyunu saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026