Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan Göyçə (Sevan) gölünü bir sahildən digərinə üzməklə keçib.
Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə Facebook səhifəsində yazıb:
“Sevan (Göyçə) gölünün bir sahilindən digərinə demək olar ki, 6 km məsafəni 2 saat 52 dəqiqəyə qət etdim”.
Arsen Torosyan X-WATERS SEVAN-2026 yarışında iştirak edib.
Nazirin paylaşdığı fotolardan məlum olur ki, yarışda Ermənistandakı BMT-nin daimi koordinatoru Fransuaza Yakob da iştirak edib.
Bakı 



