Zimbabvedəki Kariba su anbarında bərənin batması nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zimbabve polisi məlumat yayıb.
Xilasedicilər sudan daha səkkiz nəfərin cəsədini çıxarıblar. Qəza yerində axtarış-xilasetmə əməliyyatı və həlak olanların şəxsiyyətinin dəqiqləşdirilməsi işləri davam edir. Bərənin göyərtəsində dəqiq neçə nəfərin olduğu hələlik məlum deyil. İlkin məlumata görə, gəmi güclü külək və dalğalar səbəbindən dərinliyi 50 metrdən çox olan ərazidə aşaraq batıb.
Qeyd edək ki, qəza zamanı 77 nəfər xilas edilib. Göyərtədə ümumilikdə 160-dan çox insanın olduğu ehtimal edilir.
Bakı 



