• Bakı 25° C

    11.38 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

İran parlamenti bu layihəni təsdiqlədi

DÜNYA

16 Avqust 2026 | 18:53

İran parlamenti bu layihəni təsdiqlədi

İran parlamenti ölkə vətəndaşlarının ABŞ və İsrail mediasına müsahibə verməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, parlamentin məhkəmə-hüquq komissiyasının üzvü Osman Salari bildirib ki, belə müsahibələrə görə 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanun layihəsinin məqsədi düşmən ölkələrin kəşfiyyat qurumlarının təsirinə qarşı mübarizə aparmaq kimi təqdim olunur.

Sənəd hələ yekun qüvvəyə minməyib. Qanun layihəsi əlavə müzakirələrdən keçməli, daha sonra isə Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026