• Bakı 25° C

    11.38 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Ronaldo futboldan gedir

İDMAN

16 Avqust 2026 | 19:26

Ronaldo futboldan gedir

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol karyerasını cari mövsümün sonunda başa vura biləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 41 yaşlı futbolçu bunu “Vogue” jurnalına müsahibəsində deyib

    “Yəqin ki, bu, futbolda son ilimdir. Böyük bir miras qoymaq istəyirəm”, - o söyləyib.

    Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 oyunda 3 dəfə fərqlənib.

    Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Avropa çempionluğunu qazanıb və iki dəfə Millətlər Liqasında çempionluq yaşayıb. Portuqaliyalı ulduz həmçinin 5 dəfə “Qızıl top” mükafatına sahib çıxıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Avqust 2026