İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Tehranın ABŞ və İsrail üzərində həm hərbi, həm də siyasi sahədə qələbə qazandığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qalibaf Jurnalistlər Günü ilə bağlı tədbirdə çıxışı zamanı danışıb.
O deyib: “Biz bu müharibədə həm hərbi, həm də siyasi baxımdan həqiqətən qalib gəldik".
Spikerin sözlərinə görə, ABŞ və İsrail İrana hücum edərkən qarşılarına rəsmi olaraq doqquz məqsəd qoyublar, lakin onların heç birinə heç bir səviyyədə nail ola bilməyiblər. Qalibaf bunu “ABŞ və İsrailin ən böyük və mütləq məğlubiyyəti” adlandırıb.
O həmçinin İran və ABŞ arasında əldə olunan razılaşmanı “qürur və qələbə sənədi” kimi qiymətləndirib və bunun Tehranın diplomatik istiqamətdə əldə etdiyi uğurun möhkəmləndirildiyini göstərdiyini bildirib.
Bununla yanaşı, Qalibaf hakimiyyətin qələbə hissini əhaliyə tam şəkildə çatdıra bilmədiyini etiraf edib: “Bu böyük qələbə barədə lazım olduğu kimi danışa bilmədik. İranlıların bu qələbədən zövq almağa və onunla fəxr etməyə haqqı var"./Modern.az
Bakı 



