ABŞ Prezidenti Donald Tramp İraq Kürdüstan Regionunun başçısı Nəcirvan Bərzani vasitəsilə SEPAH komandanı Əhməd Vahidi ilə gizli şəkildə əlaqə yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
"May ayında Tramp administrasiyası Bərzani vasitəsilə rəsmi İran müzakirəçilərinin səlahiyyətlərinə şübhə edərək SEPAH rəhbərliyi ilə gizli rabitə kanalı qurub", - məlumatda qeyd olunub.
Məlumata görə, mayın 10-da ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard Trampın və vitse-prezident Cey Di Vensin razılığı ilə Bərzaniyə zəng edərək ondan Vahidi ilə əlaqə yaratmaqda kömək etməsini xahiş edib. Vaxtilə Tehran Universitetində təhsil almış, fars dilində sərbəst danışan və bir çox İran rəsmiləri ilə şəxsi əlaqələri olan İraq Kürdüstanının rəhbəri bu xahişi yerinə yetirməyə razılaşıb.
“SEPAH komandanı gizli telefon danışığında ABŞ-la danışıqları dəstəkləməyə hazır olduğunu və münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu təsdiqləyib. Vaşinqton Ərbildə gizli görüş keçirməyi təklif edib, lakin İran İsrail kəşfiyyatının iştirakından ehtiyat etdiyi üçün buna razılaşmayıb".
Bakı 



