İran hakimiyyəti İsrailin xeyrinə casusluqda təqsirli bilinən şəxs barəsində çıxarılmış ölüm hökmünü icra edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fars məlumat yayıb.
Məlumata görə, casusluqda şübhəli bilinən şəxs ötən hərbi münaqişə zamanı Tehranın qərb ətrafı yaxınlığında saxlanılıb. Ona İsrail kəşfiyyat xidməti MOSSADilə əməkdaşlıq etmək ittihamı irəli sürülüb.
İddia olunur ki, həmin şəxs İran ərazisində yerləşən həssas obyektlər barədə məlumatları xaricə ötürüb.
Bakı 




