• Bakı 11° C

    12.17 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Starmerin milli təhlükəsizlik müşaviri istefa verə bilər - KİV

DÜNYA

16 Fevral 2026 | 09:26

Starmerin milli təhlükəsizlik müşaviri istefa verə bilər - KİV

Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik müşaviri Conatan Pauell ilin sonuna qədər istefa verməyi düşünür. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Pauell həmçinin Baş nazir Kir Starmerin aparat rəhbəri olmaq təklifini rədd edib. 

"The Guardian" qəzeti qeyd edir ki, Pauell hazırkı Baş nazirin xarici siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Xüsusilə, o, Ukraynaya yardım göstərmək üçün "könüllülər koalisiyası"nın bir hissəsi kimi Avropa liderləri ilə əlaqələndirmə işinə cavabdehdir. 

Medianın məlumatına görə, Pauell həmçinin Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna rəsmilərinə məsləhət verib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

15 Fevral 2026