Küveytdəki qadınlarla bağlı yeni qərar gündəm olub.
Bakıvaxtı.az xəbər verir ki, Küveyt dövləti 30 yaşdan yuxarı subay qadınlara aylıq müavinət verəcək. Belə ki, əgər bir xanım 30 yaşına qədər ailə qurmayıbsa, aylıq 560 Küveyt dinarı (təxminən 3075 manat) müavinət alacaq.
Müavinət daha çox gəliri olmayana, valideynini itirən xanımlara ödəniləcək. Dövlət bunu ümumi həyat keyfiyyətini artırmaq məqsədiylə etdiyini açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliyində də 30 yaşa qədər ailə qurmayanlara dövlət tərəfindən aylıq maaş ödənildiyi xəbəri gündəmə gəlmişdi./Axşam.az
Bakı 




