q
  • Bakı 13° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Kəmalə Ağazadə DETALLARI AÇDI: "Körpə nikahdan kənar..."

CƏMİYYƏT

06 May 2026 | 12:38

Kəmalə Ağazadə DETALLARI AÇDI: Körpə nikahdan kənar...

Qəbiristanlıqdan tapılan və anası tərəfindən imtina edilən körpə ilə bağlı yeni məlumat yayılıb.

Bakıvaxtı.az-a açıqlama verən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hazırda körpə dövlət xəstəxanasında müayinə olunur və vəziyyəti stabildir.

Onun sözlərinə görə, ana uşağı rəsmi qaydada qəbul etməkdən imtina edib və bu səbəbdən körpə dövlət himayəsinə verilib:

“Uşağın atası da var, lakin o da övladına qarşı heç bir maraq göstərmir. Valideynlərin hər ikisi məsuliyyətsiz yanaşır. Ana övladını qəbul etmir. O bildirib ki, 17 yaşında ailə həyatı qurub, lakin yaşı çatmadığı üçün nikah rəsmi qeydiyyatdan keçməyib. Körpə nikahdan kənar dünyaya gəlib və ata evində doğulub. Daha sonra tərəflər ayrılıb. Ata tərəfi də uşaqla maraqlanmır”, – deyə K.Ağazadə qeyd edib.

Aydın


SON XƏBƏRLƏR

05 May 2026