Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə ərə gedib. O, Kadir Taner Uçar adlı şəxslə ailə qurub.
Bakıvaxtı.az-ın məlumatına görə, "Söylemezsem olmaz" proqramında aparıcı Bircan Bali onun nikah masasına əyləşməsi ilə bağlı bəzi iddialar səsləndirib:
"Sürpriz evlilik oldu, heç gözləmirdik. Həyat yoldaşı da heç tanımadığımız biridir. Çox tez oldu, təəccübləndim. Nəsrinin həqiqətən də ailə quracağını ehtimal etmirdim. O, münasibətlərdə çox çətin adamdır, sərt qaydaları var. Bununla belə, öz şəxsi həyatında heç bir qadağa istəməyən, manipulyativ reaksiyaları olan biri kimi eşitmişəm onu. Təsəvvür edin, sən hər şeyi qadağan etdiyin halda bunun sənə qarşı olunmasını istəmirsən. Məncə, insan belə tezliklə dəyişməz.
Bəlkə hamilədir? Hamının ilk ağlına bu gəlir. Olubsa da, xoşbəxtlik arzulayırıq. Ana olmaq yaşı gəlib çatıb, hətta keçib. Düşünürəm ki, o, uşaq istədiyi üçün tez bir vaxtda qərar verib. Amma yaraşırlar".
Qeyd edək ki, Nəsrinin toyu 2 gün əvvəl Bodrumda olub. (Axşam.az)
Bakı 




