• Bakı 20° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

 DJ Mahmut Orhan öz kəndində konsert verdi

ŞOU

04 Iyun 2026 | 17:35

 DJ Mahmut Orhan öz kəndində konsert verdi

"Feel", "6 Days" və "Save Me" kimi mahnıları ilə dünyada milyonlarla dinləyicinin rəğbətini qazanan və "Tomorrowland" da daxil olmaqla, bir çox beynəlxalq festivallarda səhnə alan DJ Mahmut Orhan karyerasının ən özəl performanslarından birini təqdim edib.

Bu barədə Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Elektron musiqi səhnəsində beynəlxalq uğurları ilə tanınan Mahmut Orhanın öz kəndində verdiyi konsert böyük maraqla qarşılanıb.

Məşhur DJ ailəsinin vətəni olan Balıkesirin Altıeylül rayonunda yerləşən Kürse kəndində səhnə qurub və həmkəndliləri ilə görüşüb.

Mahmut Orhanın kəndində qurduğu səhnədə çıxışı, bölgə əhalisi ilə əyləndiyi anlar sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb və gündəm olub.

Tədbirdə həm gənclər, həm də yaşlı insanlar musiqinin ritminə qoşulublar.


SON XƏBƏRLƏR