• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Manaf Ağayevin saxlanılması xəbəri yayıldı

ŞOU

04 Iyul 2026 | 16:09 | Müəllif: Subhan Mahmudov

Manaf Ağayevin saxlanılması xəbəri yayıldı

Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayevin polisə aparılması barədə məlumat yayılıb.

Bakıvaxtı.az
bildirir ki, Gununsesi.info-nun xəbərinə görə, yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb.

Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər:

"Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdı. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR