• Bakı 28° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı

ŞOU

03 Avqust 2026 | 15:00

Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı

Müğənni Elnur Hüseynov vaxtilə Türkiyənin “O səs Türkiyə” yarışmasında komandasında olduğu Ebru Gündeşlə münasibətlərindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda sənətçi ARB TV-yə açıqlamasında danışıb. Yarışmada qalib olan ifaçı onların hazırda da əlaqə saxladıqlarını bildirib.

“Danışırıq, amma çox az olur. Ebrunun elə də vaxtı yoxdur. O, çox gözəl qadındır, güclüdür və hər zaman yanımda olub. Birlikdə keçdiyimiz yolu heç vaxt unutmuram. Biz birlikdə birincilik qazandıq” deyə, Elnur söyləyib.

Sənətçi yarışmadan sonra imzaladığı müqavilənin müddətinin başa çatdığını da açıqlayıb:

“Müqavilə bitdi. Hazırda tək çalışmağın mənim üçün daha yaxşı olduğunu düşünürəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026