• Bakı 19° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

"Qurban bayramını qəbul etmirəm, ət YEMİRƏM"

ŞOU

03 Iyun 2026 | 14:57

Qurban bayramını qəbul etmirəm, ət YEMİRƏM

Müğənni Əminə Şirin sözləri ilə geniş müzakirəyə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, o, Quranda Qurban bayramının olmadığını deməsinə görə tənqidlərlə razılaşmayıb:

"Bayram günü paylaşdım ki, Qurban bayramı mənim üçün heyvan qətliamıdır. Bunu ailəlikcə qeyd etmirik. Müqəddəs kitabda da Qurban bayramı yoxdur. Dinə qarşı deyiləm. Din sizə nə buyurursa, onu edin. Yazırlar ki, bir dənə Qurban bayramında ət yemirsən, bəs başqa günlər? Tanıyanlar bilir ki, danışığımla əməlim üst-üstə düşür. Mən vegetarianam, ət yemirəm. Ət yeyənləri qınamıram. 3 ildən artıqdır ki, ət məhsulları yemirəm, vegetarianam. İnsan mədəsi canlını incitmədən də doya bilər. Tərəvəz və otların isə sinir sistemi yoxdur, acını hiss etmir. Elə şərhlər yazırsınız ki, elə bil dinin bütün tələblərinə əməl edirsiniz".


SON XƏBƏRLƏR

02 Iyun 2026